AZ

Yevlaxda ev yandı

YEVLAX, 5 sentyabr. TELEQRAF

Yevlaxda ev yanıb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Nemətabad kəndində baş verib.

Birmərtəbəli yaşayış olmayan evdə baş verən yanğının söndürülməsi üçün əraziyə iki yanğınsöndürmə briqadası cəlb olunub.

Yanğın evə ciddi zərər vursa da, yanğınsöndürənlər alovu söndürməyə nail olublar.

Hadisənin nədən qaynaqlandığı hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
88
1
teleqraf.com

2Mənbələr