BAKI, 5 sentyabr. TELEQRAF
Əfqanıstanda 5,6 maqnitudalı güclü zəlzələ baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat yayılıb.
Mütəxəssislərin məlumatına görə, yeraltı təkanlar yerin təxminən 10 kilometr dərinliyində qeydə alınıb. Zəlzələnin episentri təxminən 200 min nəfərin yaşadığı Cəlalabaddan 41 kilometr aralıda yerləşib. Dağıntılar və ya zərərçəkənlər barədə məlumat daxil olmayıb.