Bakı. Trend:
İtaliya millisinin sabiq baş məşqçisi Luçano Spalettininkaryerasını “Fənərbaxça”da davam etdirmək ehtimalı var.
Trend xəbər verirki, bu barədə SportMediaset məlumat yayıb.
Baş məşqçi postu üçün digər namizədlər “Milan”ın keçmişçalışdırıcısı Serxio Konseysao və “Tottenhem Hotspur”un sabiq başməşqçisi Anjelos Postekoqloudur.
Qeyd olunur ki, “Fənərbaxça”da yaxın vaxtlarda keçiriləcəkprezident seçkilərinin nəticələri yeni baş məşqçinin kim olacağınımüəyyənləşdirəcək. Klub rəhbəri postuna namizədlərdən biri SadettinSaran Konseysaonun variantını dəstəkləyir.
Xatırladaq ki, bundan əvvəl “Fənərbaxça”nın baş məşqçisi JozeMourinyo olub. Hazırda İstanbul təmsilçisi Türkiyə çempionatınınturnir cədvəlində 5-ci pillədə qərarlaşıb.