AZ

ABŞ administrasiyası USMCA ticarət sazişinə yenidən baxmağa hazırlaşır

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın administrasiyası yaxın vaxtlardaABŞ-Kanada-Meksika Azad Ticarət Sazişi (USMCA) üzrə yenidən baxılmaprosesinə başlayacaq.

Trend xəbər verirki, The Wall Street Journalın məlumatına görə, ABŞ TicarətNümayəndəsi oktyabrın 4-dən gec olmayaraq saziş üzrə ictimaiməsləhətləşmələrə start verəcək. Proses bir neçə ay davam edəcək vəbu müddətdə biznes qurumlarının, həmkarlar ittifaqlarının rəyləritoplanacaq, ictimai dinləmələr keçiriləcək. 2026-cı ilin yanvarındaisə Konqresə hesabat təqdim olunmalıdır.

Sazişə tərəf olan ölkələrin nümayəndələrinin üçtərəfli görüşüiyulun 1-dək baş tutmalıdır.

Məlumata görə, Ottava və Vaşinqton avqustun 1-dək ticarətrazılaşmasına nail ola bilmədikdən sonra Donald Tramp bəzi Kanadamallarına tətbiq edilən tarifləri 25%-dən 35%-ə qaldıran fərmanimzalayıb. ABŞ lideri həmçinin bildirib ki, Kanadanın Fələstinitanımaq niyyəti fonunda yeni ticarət razılaşması əldə etmək onunüçün “çox çətin” olacaq.

Kanada isə aylardır ABŞ-la razılaşmaya nail olmaq üçün uğursuzcəhdlər göstərir.

Seçilən
103
az.trend.az

1Mənbələr