AZ

Deputat: “Əli Kərimli vaxtaşırı deyir ki, hökumət qorxduğu üçün onun xaricə çıxmasına qadağa qoyub”

“AXCP sədri Əli Kərimli vaxtaşırı deyir ki, hökumət qorxduğu üçün onun xaricə çıxmasına qadağa qoyub. Amma səbəbini izah etmir. Görünür, ciddi səbəblər var ki, vəziyyət belədir. Kərimli son dövrlər siyasətçidən daha çox bloqerlik fəaliyyəti ilə məşğuldur. Görünür, auditoriyası kiçildiyinə görə indi də bu məsələ ilə gündəmə gəlməyə çalışır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

 

“Digər tərəfdən Əli Kərimli istər daxili, istərsə də xarici auditoriyaya müsahibələrində nədənsə Azərbaycan torpaqlarının 30 ildə işğal altında qalmasından, 1 milyona yaxın məcburi köçkün problemindən, işğaldan azad edilən əraziləri xaricdən heç bir dəstək almadan təkbaşına bərpa etməsindən, 50 minə qədər insanın həmin torpaqlarda yaşamasından, Azərbaycanın qarşısında duran problemlər və həmin problemlərin həllinə dair təkliflərdən danışmır”, - o bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 5 Sentyabr 2025, 08:02   
Seçilən
64
pravda.az

1Mənbələr