AZ

Məhkəmə qardaşını mülk üstündə öldürən şəxslə bağlı qərar çıxardı

Şəki Apellyasiya Məhkəməsində Ağdaşda qardaşını öldürməkdə təqsirləndirilən Qalib Musayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin Tahirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


Qeyd: Hadisə 2024-cü ilin noyabrında Ağdaş rayonunda baş verib. Qalib Musayev mübahisə nəticəsində qardaşı Mirmehdi Musayevi bıçaqlayaraq qətlə yetirib.


Hadisənin mülk üstündə mübahisə zəminində baş verdiyi bildirilib.


Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qalib Musayev 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Kamal Məmmədov 

Tarix: 5 Sentyabr 2025, 08:39   
Seçilən
99
2
pravda.az

3Mənbələr