AZ

Əfqanıstanda 6,1 bal gücündə daha bir zəlzələ olub

BAKI, TurkicWorld, Səməd Əyyubov

Əfqanıstanın şərqində, Hindquş dağlarında 6,1 bal gücündə zəlzələ olub.

TurkicWorld xəbər verir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, zəlzələnin yeraltı təkanların ocağı təxminən 200 min əhalisi olan Cəlalabaddan 46 kilometr şimal-şərqdə, 42 kilometr dərinlikdə yerləşib.

Hazırda zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.

Seçilən
16
turkic.world

1Mənbələr