ain.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Serbiya millisinin üzvü Aleksander Mitroviç karyerasını Qətərdə davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, 30 yaşlı hücumçu “Əl Rayyan”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasındakı müqavilənin detalları açıqlanmayıb.
Mitroviç 2023-cü ilin yayından “Əl Hilal”ın formasını geyinirdi. O, Səudiyyə Ərəbistanı təmsilçisi ilə 79 oyunda 68 qol vurub, 15 məhsuldar ötürmə edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.