Gəncədə 4 otaqlı ev yanıb.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin G.Zeynalov küçəsində baş verib.
Vətəndaşa məxsus evdə anidən yanğın olub. Hadisə yerinə FHN-nin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğın zamanı 300 kv/metr olan evin 130 kv/metri əşyaları ilə birlikdə yanıb.
Yanğın söndürülüb, evin qalan hissəsi və yaxınlıqda olan evlər yanğından mühafizə edilib. Yanğın zamanı 1955-ci il təvəllüdlü Ə.Məmmədov və onun həyat yoldaşı 1957-ci il təvəllüdlü V.Məmmədova tüstüdən zəhərləniblər. Zəhərlənən şəxslər xəstəxanaya yerləşdirilib.
Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.
Tural Əhmədov