BAKI, 5 sentyabr. TELEQRAF
“Ayı Rusiyanın simvoludur, amma dünyanın ən böyük pələngi ussuri pələngidir, o da rusdur”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında deyib.
“Ayı, əlbəttə, Rusiyanın simvoludur, amma biz indi Uzaq Şərqdəyik - dünyanın ən böyük pələngi, yeri gəlmişkən, ussuri rus pələngidir”, - dövlət başçısı bildirib.
Digər ölkələrlə ittifaqda “rus ayısı”nın rolundan danışan Putin qeyd edib ki, ayı ayıdır.