AZ

Ayxan Abbasovlu U-21 Portuqaliya ilə üz-üzə

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün AÇ-2027-nin seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxacaq. 

Fanat.Az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda səfərdə qrupun favoriti Portuqaliya yığması ilə üz-üzə gələcək.

Oyun saat 22:30-da başlayacaq. Matçda ədaləti Konstantinos Fellasın başçılıq etdiyi kiprli hakimlər briqadası qoruyacaq.

Qeyd edək ki, U-21-in yer aldığı B qrupunda daha 2 görüş baş tutacaq. Saat 20:00-da Çexiya - Şotlandiya, 20:30-da isə Bolqarıstan - Cəbəllütariq qarşılaşmaları start götürəcək. Gənclər yığmamız növbəti oyununu 9 sentyabrda Bakıda Bolqarıstana qarşı keçirəcək.

AÇ-2027
Seçmə mərhələ, B qrupu
5 sentyabr

22:30. Portuqaliya - Azərbaycan
Hakimlər: Konstantinos Fellas, Pavlos Georgiu, Giorgios Çaralampus, Dimitris Solomou (hamısı Kipr).
Barcelos. "Estadio Cidade de Barcelos".

Seçilən
14
1
fanat.az

2Mənbələr