Azərbaycan milli komandası bu gün DÇ 2026-nın seçmə mərhələsində ilk oyununa çıxacaq.
Offsideplus.az xəbər verir ki, D qrupunda mübarizə aparan yığmamız səfərdə İslandiya ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Azərbaycan tarixində ilk dəfə İslandiya ilə rəsmi matça çıxacaq. Tərəflər arasında daha əvvəl bir yoldaşlıq oyunu oynanılıb.
2008-ci ildə baş tutan qarşılaşma heç-heçə başa çatıb - 1:1.
Qeyd edək ki, bu iki yığmadan başqa D qrupda Fransa və Ukrayna da çıxış edir. Milli komandamız sentyabrın 9-da, Bakıda Ukraynanı qəbul edəcək.