AZ

Saçların ağarması və tökülməsinin əsl səbəbi

Yazını böyüt
Yazını kiçilt

Yeni nəşr olunan hərtərəfli elmi araşdırma göstərir ki, Amerikanın sevimli içkilərindən ikisi saç tökülməsinə və vaxtından əvvəl ağarmağa səbəb ola bilər.

Hafta.az-ın “NYU Langone Health”ə istinadən yazdığına görə, ABŞ-da hər 70 kişidən 7-si, qadınların isə təxminən yarısı həyatları boyu əhəmiyyətli dərəcədə saç tökülməsi yaşayacaq. Buna genetik, hormonlar və bəzi tibbi müalicələr də daxil olmaqla bir çox faktor səbəb ola bilər. Şiddətli qida çatışmazlığı ümumi səbəbdir, lakin pəhriz vərdişlərinin saç sağlamlığına təsiri hələ də öyrənilir.

Daha aydın şəkil əldə etmək üçün tədqiqatçılar 7-77 yaş arası 61 mindən çox insanı əhatə edən 17 müxtəlif qidalanma araşdırmasını təhlil ediblər ki, onların da əksəriyyəti qadınlar olub.

Bu arada, nəticələr sizi növbəti içki seçiminizdən əvvəl iki dəfə düşünməyə vadar edə bilər. Həftədə 3,5 litrdən çox soda istehlak etmək, xüsusilə kişilərdə saç tökülməsi riskinin artması ilə əlaqələndirilib. Bu tapıntı əvvəlki araşdırmaları təsdiqləyir: Sadə şəkərlə dolu işlənmiş qidalar saç tökülməsinə dolayısı ilə bağlı faktordur.

Şəkər yüklü içkilər və qəlyanaltılar baş dərisində təbii olaraq yaranan yağlı maddə olan sebum istehsalını artırır. Normalda sebum baş dərisini qoruyur və nəmləndirir. Lakin, həddindən artıq istehsal edildikdə fəsad verir.

Nəzərdən keçirilən iki araşdırmada həddindən artıq spirt istehlakı həm saç tökülməsinə, həm də vaxtından əvvəl ağarmağa səbəb olub. Bu eyni zamanda, qida maddələrinin udulmasını, hormonal balansı pozur. Həmçinin saç köklərinə zərər verə bilən və melanin istehsalına təsir edən oksidləşdirici stressi artırır.

Bir sözlə, saçınızın sağlamlığını qorumaq istəyirsinizsə, yalnız şampun və sabun məhsullarınızı deyil, həm də yemək vərdişlərinizi nəzərdən keçirməlisiniz.

Seçilən
8
hafta.az

1Mənbələr