AZ

Tramp administrasiyası transgenderlərin silah sahibi olma hüququnu məhdudlaşdırmağı nəzərdən keçirir

ABŞ Ədliyyə Nazirliyi yeni siyasət ilə transgender icmasına qarşı tədbir hazırlayır...

Poliqon xəbər verir ki, ABŞ-ın Ədliyyə Nazirliyi Donald Tramp administrasiyası çərçivəsində transgender insanların silah sahibi olma hüququnu məhdudlaşdırmaq imkanını müzakirə edir. Bu addım Minneapolisdə 27 avqustda katolik məktəbi və kilsəsində baş vermiş kütləvi atışmadan sonra gündəmə gəlib.

CNN və ABC News telekanallarının məlumatına görə, nazirliyin yüksək vəzifəli əməkdaşları transgender şəxslərin silah əldə etməsini məhdudlaşdırmaq barədə ilkin müzakirələr aparırlar. Diskussiyalar 23 yaşlı transgender qadın Robin Westman tərəfindən Annunciation kilsəsində törədilmiş atışmadan bir həftə sonra başlayıb; hadisədə iki uşaq həlak olub, 21 nəfər isə yaralanıb.

Əgər bu təşəbbüs həyata keçirilərsə, o, Trampın ikinci prezidentlik dönəmində transgenderlərə qarşı başlatdığı tədbirlər silsiləsinin davamı olacaq. Prezident andiçmə mərasimindən dərhal sonra fərman imzalamış, iki cinsin mövcudluğunu təsdiqləmiş, Pentaqona transgender hərbçiləri ordudan çıxarmağı, federal həbsxanalara isə məhbusları doğum zamanı qeyd olunan cins üzrə yerləşdirməyi tapşırmışdı.

İyun ayında isə ABŞ baş prokuroru Pəm Bondi gender-affirmativ tibbi xidmətlərə qarşı kampaniya başlayaraq, azyaşlı transgender xəstələrə yardım göstərən həkim və klinikalara 20-dən çox çağırış göndərmişdi.

Ekspertlər bildirirlər ki, transgenderlərin silah sahibi olma hüququnu tamamilə məhdudlaşdırmaq hüquqi baxımdan çox çətin olacaq. Nazirliyin yüksək vəzifəli əməkdaşı CNN-ə bildirib ki, bu təşəbbüs mütləq hüquqi maneələrlə üzləşəcək: “Milyonlarla amerikalıda psixi sağlamlıq problemləri ola bilər, lakin onlar cəmiyyət üçün təhlükə yaratmadığı müddətcə, İkinci düzəlişlə təmin edilmiş hüquqlarından məhrum etmək olmaz”.

Poliqon.info

Seçilən
59
poliqon.info

1Mənbələr