AZ

İki aydır ki, ölmədiyini sübut etməyə çalışır

Yazını böyüt
Yazını kiçilt

Sankt-Peterburqda yaşayan Rusiya vətəndaşı İqor Baykov iki aydır ki, ölmədiyini sübut etməyə çalışır. Baykov öldüyünü ilk dəfə ambulatoriyada həkimi ona “Dövlət Xidmətləri portalı göstərir ki, aprelin 6-da vəfat edib” dedikdə öyrənib. Baykov əvvəlcə qarışıqlıq olduğunu düşünsə də, tezliklə bank hesablarının dondurulduğunu, müharibə veteranı təqaüdünün kəsildiyini, işəgötürən isə “problem yaradan vəfat etmiş işçi” ilə məşğul olmaq istəmədiyi üçün onu işdən çıxardığını öyrənib.

Hafta.az-ın “Business FM”ə istinadən yazdığına görə, Baykov Vətəndaşlıq Qeydiyyatı Şöbəsinə (ZAQS) gedərək öz ölüm şəhadətnaməsini aldıqdan sonra inanılmaz vəziyyəti daha da qəribələşib. Araşdırması zamanı üzə çıxıb ki, onun 4 il əvvəl itirdiyi köhnə pasport başqası tərəfindən istifadə edilib və “Baykov ölü tapılanda” rəsmən “ölü” kimi qeydiyyata alınıb. Məlumata görə, daha sonra Baykovun vəkili Vera Safonova sözügedən şəxsin Baykovun şəxsiyyət vəsiqəsi ilə dəfn olunmasının qarşısını almaq üçün dərhal tədbir görüb. Safonova bildirib ki, “İstintaq davam edir. Bu pasport mərhuma nə üçün və kim tərəfindən verilib? Bu, daha geniş cinayət araşdırmasına çevrilə bilər” deyib. İstintaq Komitəsinin məsələ ilə bağlı sənədləri müsadirə etdiyi öyrənilib.

İqor Baykov indi bir qədər rahatlıq hiss etsə də, o, rəsmi olaraq “ölü” elan edildiyi üçün hələ də həyatını normala qaytarmaq üçün mübarizə aparır. Çünki onun bütün sənədləri etibarsız sayılıb, o, bank əməliyyatları apara bilmir, sosial müavinət ala bilmir, “ölü” olmadığını hər yerdə sübut etməlidir. Portala danışan vəkili bildirib ki, bu dəhşətli çaşqınlığı həll etməyin yeganə yolu müvəkkilini məhkəmə qərarı ilə “diriltmək”dir.

Seçilən
15
hafta.az

1Mənbələr