AZ

ABŞ Qəzza üzrə Məhkəməyə müraciət edən üç Fələstin təşkilatına sanksiya tətbiq edib

Maliyyə Nazirliyi Məhkəmə ilə əlaqəli fəaliyyətləri səbəbindən bu hüquq müdafiə təşkilatlarını “qara siyahı”ya daxil edib...



Poliqon xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi üç fələstinli hüquq müdafiə təşkilatına sanksiya tətbiq edib. Bu təşkilatlar Beynəlxalq Cinayət Məhkəməsinə (MCM) İsrailin Qəzzada törətdiyi soyqırımı araşdırması ilə bağlı müraciət etmişdilər.

Sanksiyaya düşənlər Qəzzada yerləşən Palestinian Centre for Human Rights (PCHR) və Al Mezan Center for Human Rights, həmçinin Ramallada fəaliyyət göstərən Al-Haq təşkilatlarıdır. Nazirlik onların MCM ilə bağlı fəaliyyətlərini əsas gətirərək qara siyahıya daxil edildiyini açıqlayıb.

2023-cü ilin noyabrında bu təşkilatlar Məhkəməyə müraciət edərək, İsrailin Qəzza bölgəsinə hava zərbələri, blokada və əhalinin kütləvi köçürülməsi ilə bağlı araşdırma aparılmasını tələb etmişdilər. Bir il sonra MCM baş nazir Binyamin Netanyahu, keçmiş müdafiə naziri Yoav Galant, həmçinin HƏMAS liderlərindən İbrahim əl-Masri barəsində hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər ittihamı ilə həbs orderi çıxarıb.

Donald Tramp administrasiyası əvvəllər MCM hakimlərinə və baş prokuroruna İsrail liderlərinin həbsinə dair orderlər və ABŞ hərbçilərinin Əfqanıstandakı mümkün hərbi cinayətlərinin araşdırılması ilə bağlı sanksiyalar tətbiq etmişdi.

Sanksiyalar Qəzzadakı vəziyyətlə bağlı, dünyanın ən böyük soyqırımı tədqiqatçılar assosiasiyasının İsrailin hərəkətlərini soyqırım kimi tanıma kriteriyalarının ödənildiyi barədə qətnamə qəbul etməsindən sonra tətbiq olunub. İsraildə bu sənəd “utancverici” və “HƏMAS yalanlarına əsaslanan” sənəd adlandırılıb.

Xatırladaq ki, İsrail 2023-cü ilin oktyabrında Qəzzada hərbi əməliyyata başlayıb. Beynəlxalq təşkilatların məlumatına görə, indiyə qədər 63 mindən çox insan həlak olub, əhali demək olar ki, hamısı evlərini tərk etməyə məcbur olub və bəzi ərazilərdə qlobal müşahidəçilər tərəfindən kütləvi aclıq kimi qiymətləndirilən vəziyyət yaranıb.

Poliqon.info

Seçilən
131
poliqon.info

1Mənbələr