AZ

İrşad Telecom-dan saxta endirim kampaniyası?- 1 gün əvvəl ucuz olan telefon kampaniya adı ilə baha satılır

“İrşad Telecom” mağazalar şəbəkəsi ilə bağlı sosial mediada müzakirələr yaranıb. AzPost xəbər verir ki, vətəndaş Gündüz İkramlı şirkətin endirim kampaniyasında qiymət manipulyasiyası aparıldığını iddia edib.

Onun sözlərinə görə, sentyabrın dördündə mağazalardan birində eyni model telefona altı yüz əlli manat qiymət qoyulub. Lakin şirkət sentyabrın beşindən yedisinədək elan olunan kampaniya çərçivəsində həmin telefonu “endirimli” olaraq yeddi yüz iyirmi manata təqdim etdiyini rəsmi “Instagram” səhifəsində paylaşıb.

Müştəri bu vəziyyəti istehlakçıların aldadılması kimi qiymətləndirib və kampaniyanın saxta endirim təəssüratı yaratdığını bildirib. Onun sözlərinə görə, real satış qiyməti kampaniya öncəsi daha aşağı olub.

AzPost.az

Seçilən
45
azpost.info

1Mənbələr