AZ

Qəzza ərazisinin 40 faizinə İsrail Ordusu nəzarət edir

İsrail Müdafiə Qüvvələri Qəzza şəhərinin 40% ərazisinə nəzarəti ələ keçirib. Bu barədə cümə axşamı, sentyabrın 4-də İDF sözçüsü briqada generalı Efi Defrin məlumat verib.

Herbiand.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, general əməliyyatın genişlənəcəyini bildirib:

"Əməliyyat genişlənəcək və intensivləşəcək. Biz HƏMAS-ı hər yerdə təqib etməyə davam edəcəyik".

Ordu sözçüsünün bildirdiyinə görə, hazırda bölmələr Zeytun və Şeyx Radvan bölgələrində əməliyyat aparır.

Defrin vurğulayıb ki, hərbi missiya yalnız bütün israilli girovlar azad edildikdən və Fələstinin İslamçı radikal HƏMAS hərəkatının hakimiyyəti aradan qaldırıldıqdan sonra başa çatacaq.

“Reuters” agentliyinin mılumatına görə, bundan əvvəl İsrail mülki insanları təhlükəsizlikləri üçün Qəzzanı tərk etməyə çağırıb. İsrail tərəfinin məlumatına görə, artıq 70 min insan şəhəri tərk edib.

İsrail Ordusu avqustun 20-də Qəzza şəhərinə hücuma başlayıb və avqustun 29-da buranı "təhlükəli döyüş zonası" elan edib. Baş nazir Benyamin Netanyahunun ofisi bildirib ki, müharibə yalnız bütün girovların azad edilməsi, HƏMAS-ın tamamilə tərksilah edilməsi, Qəzza zolağının demilitarizasiyası və təhlükəsizliyə İsrailin nəzarəti ilə başa çata bilər.

Seçilən
60
4
herbiand.az

10Mənbələr