AZ

Müdafiə naziri daha böyük vəzifə eşqinə düşüb: Fransada baş nazir kim olacaq?

Fransanın müdafiə naziri Sebastyan Lekornyu respublikanın baş naziri olmaq uğrundakı mübarizədə öndədir.

Publika.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

"Sebastyan Lekornyu bir müddətdir ki, gözləyirdi. İndi onun vaxtı çatıb. Fransanın baş naziri Fransua Bayrunun vəzifədən uzaqlaşdırılacağı iddiaları fonunda, əvvəllər bu vəzifənin favoriti hesab edilən aşağı profilli müdafiə naziri əsas namizədlərdən biri kimi diqqət mərkəzinə düşüb", - məqalədə deyilir.

Qeyd edilir ki, Fransa müdafiə nazirliyinin rəhbəri 2017-ci ildə Makron Fransa prezidenti seçildikdən sonra hökumətdə qalan və saysız-hesabsız kadr dəyişikliyindən və növbədənkənar seçkilərdən sağ çıxan yeganə nazirdir.

Adının açıqlanmasını istəməyən Fransa parlamentinin rəsmisinə görə, Lekornyu “Makron dünyasında” kifayət qədər yaxşı iş görüb, çünki o, “yaşamaq üçün müəyyən bacarıqlara malikdir”.

Seçilən
12
publika.az

1Mənbələr