AZ

Gəncədə evdə yanğın olub, zəhərlənənlər var - YENİLƏNİB

Bu gün səhər saat 05:50 radələrində 2 nəfər (1 qadın, 1 kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. TƏBİB-dən SİA-nın sorğusuna cavab olaraq bildirilib ki, tüstüdən zəhərlənmə diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Məlumata görə, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Seçilən
6
sia.az

1Mənbələr