Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Goldman Sachs" hesab edir ki, ABŞ-da Federal Ehtiyatlar Sisteminin müstəqilliyi pozularsa, qızılın bir unsiya üçün qiyməti təxminən 5 000 dollara çata bilər.
Milli.Az xəbər verir ki, ABŞ-da Federal Ehtiyatlar Sisteminin (FED) müstəqilliyinə təhlükə yaranarsa, bu, inflyasiyanın artması, maliyyə bazarlarında itkilər və dolların zəifləməsi ilə nəticələnə bilər. Belə bir vəziyyətdə qızıl, etibarlı sərvət saxlama vasitəsi kimi, daha da dəyər qazanaraq bir unsiya üçün 5 000 dollara qədər bahalaşa bilər.
Qeyd edək ki, hazırda qızılın bir unsiyası 3 500 dollardan yuxarı qiymətləndirilir. Prezident Donald Tramp isə son zamanlar FED rəhbərliyini kəskin tənqid edib.
Asya
Milli.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.