ain.az bildirir, Idmanxeber.az portalına istinadən.
“Arsenal” yay transferində Qabriel Martinellini satışa çıxarmağa hazır olub.
İdmanxeber.az-ın məlumatına görə, London klubu 24 yaşlı braziliyalı vinger üçün 60 milyon funt (69,2 milyon avro) tələb edib. Bu məbləğ bir çox klubu geri çəkilməyə məcbur edib, çünki Martinelli daha çox 40 milyon funt dəyərində qiymətləndirilir.
Onun “topçular”la müqaviləsi 2027-ci ilə qədərdir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.