AZ

"Ukrayna tərəfi görüş istəyir? Gəlin, biz təhlükəsizliyi təmin edəcəyik" - Putin

Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenski ilə birbaşa təmaslarda çox məna görmür, lakin ona hazırdır. 

Missiya.Az xəbər verir ki, bunu dövlət başçısı Şərq İqtisadi Forumunun plenar iclasında deyib. 

Putinin sözlərinə görə, Kiyevlə əsas məsələlərdə razılığa gəlmək praktiki olaraq mümkün olmayacaq. Siyasi iradə olsa belə, ərazilərə aid olan müqavilələrin bağlanmasında hüquqi və texniki çətinliklər var. Bu cür razılaşmalar referendumda təsdiqlənməlidir. Bunun üçün hərbi vəziyyət ləğv edilməlidir. Əgər ləğv edilərsə, Ukrayna Prezidenti seçkiləri keçirilməlidir. 

Rusiya lideri əlavə edib ki, danışıqlar aparmaq üçün ən yaxşı yer Moskva olacaq. "Ukrayna tərəfi görüş istəyir? Gəlin! Biz təhlükəsizliyi təmin edəcəyik", - Prezident vurğulayıb. 

Nurlana ƏhmədovaMissiya.Az

Seçilən
25
missiya.az

1Mənbələr