AZ

Tramp ABŞ Müdafiə Nazirliyinin adını dəyişir

ABŞ prezidenti Donald Tramp Müdafiə Nazirliyinin adını Hərb Nazirliyinə dəyişmək istəyir.

Herbiand.az xəbər verir ki, bu barədə “Fox News” Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.

Məlumatıa görə, Tramp müvafiq fərmanı sentyabrın 5-də, bu gün imzalayacaq.

Bir müddət əvvəl Prezident Tramp və Pentaqon şefi Pit Heqset nazirliyin adınınn dəyişdirilməsi ideyası olduğunu demişdilər.

Dəyişiklikdən sonra nazir də “hərbi naziri” kimi adlandırılacaq.

Avqustun 25-də jurnalistlərlə söhbətində Tramp bildirmişdi ki, Pentaqon Hərb Nazirliyi adlandırıldığı vaxt ABŞ-ın “inanılmaz qələbələr tarixi” olub.

“Fox & Friends” jurnalına bu yaxınlarda verdiyi müsahibədə Pit Heqset hər iki dünya müharibəsində qələbəni Müdafiə Nazirliyi deyil, Hərb Nazirliyinin əldə etdiyini bildirib və əlavə edib:

"Prezidentin dediyi kimi, biz təkcə müdafiədə deyilik, həm də hücumdayıq".

Xatirladaq ki, ABŞ Müdafiə Nazirliyi 1949-cu ilə qədər Hərb Nazirliyi adlandırılıb.
 

Seçilən
63
50
herbiand.az

10Mənbələr