AZ

Bayden xərçəng şişindən əməliyyat olunub

ABŞ-ın keçmiş prezidenti 82 yaşlı Co Bayden alnındakı xərçəng hüceyrələrini çıxarmaq üçün əməliyyat keçirib. 
Ölkə.az xəbər verir ki, mətbuat katibi də Baydenin əməliyyat olunduğunu təsdiqləyib.
Baydenin həyat yoldaşı Cill də 2023-cü ildə sağ gözünün üstündə xərçəng şişindən əməliyyat olunub.
“The Times”in yazdığına görə, bu Baydenin xərçəngə qarşı ilk əməliyyatı deyil.
Prezident olmamışdan əvvəl də melanoma olmayan dəri xərçənglərini çıxardıb. 2023-cü ilin fevralında onun döş qəfəsindən bazal hüceyrəli karsinoma çıxarılıb. Ona eyni zamanda sümüklərinə yayılmış prostat xərçənginin aqressiv forması diaqnozu qoyulub.
Mürtəza

Seçilən
18
olke.az

1Mənbələr