Bakı, 5 sentyabr, AZƏRTAC
Bu gün 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.
AZƏRTAC xəbər verir ki, futbol azarkeşləri 10 qarşılaşmaya şahidlik edəcəklər.
B, C, D, I, L qruplarında baş tutacaq bütün görüşlər Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
İslandiyanın Azərbaycan millisini qəbul edəcəyi D qrupunun digər matçında Fransa Ukrayna yığmasının qonağı olacaq.
Dünya çempionatı, seçmə mərhələ
5 sentyabr
B qrupu
22:45. İsveçrə - Kosovo
22:45. Sloveniya - İsveç
C qrupu
22:45. Yunanıstan - Belarus
22:45. Danimarka - Şotlandiya
D qrupu
22:45. İslandiya - Azərbaycan
22:45. Ukrayna - Fransa
I qrupu
22:45. Moldova – İsrail
22:45. İtaliya - Estoniya
L qrupu
22:45. Monteneqro - Çexiya
22:45. Farer adaları – Xorvatiya.