Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bakıda sürücünün qayda pozuntusu təhlükəli anlara səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 27-də paytaxtın hava limanı yolunda baş verib. 10-PP-117 dövlət nömrə nişanlı "BMW" markalı avtomobilin sürücüsü geriyə dönmə yerində düzgün manevr etməyərək zolaqdan kənara keçib və sürətli zolaqla hərəkət edən avtomobillərin qarşısına çıxıb. Videoda da göründüyü kimi, bu hərəkət nəticəsində görüntünü qeydə alan avtomobilə ciddi təhlükə yaranıb. Daha sonra sürücü sağ zolaqlara keçərkən digər nəqliyyat vasitəsinin də yoluna çıxaraq maneə törədib.
Fərid
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.