ain.az, Idmanxeber.az saytına istinadən bildirir.
DÇ-2026-nın final mərhələsinə daha üç yığma vəsiqə qazanıb.
İdmanxeber.az xəbər verir ki, Cənubi Amerika zonasında keçirilən 17-ci turun ardından Kolumbiya, Paraqvay və Ekvador mundial iştirakçısı olub.
Bununla da Avstraliya, İran, Yaponiya, İordaniya, Cənubi Koreya, Özbəkistan, Argentina, Braziliya, Yeni Zelandiya, Uruqvay, eləcə də ev sahibləri Kanada, ABŞ və Meksikanın ardından final mərhələsinə yüksələnlərin sayı artıb.
Xatırladaq ki, 48 komandadan ibarət dünya çempionatı gələn il keçiriləcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.