AZ

Pambığa görə məhsul subsidiyası artırılıb

2026-cı təsərrüfat ilində pambıq üzrə məhsul subsidiyasının artırmasına dair qərar qəbul edilib.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, qərara əsasən, müasir suvarma sistemləri ilə təmin olunan əkin sahələrində becərilən və tədarük məntəqələrinə təhvil verilən pambığın hər tonuna görə fermerlərə 215 manat subsidiya ödəniləcək.

Müasir suvarma sistemləri ilə təmin olunmayan əkin sahələrində becərilərək tədarük məntəqələrinə təhvil verilən pambığın hər tonuna görə isə fermerlər 200 manat subsidiya alacaqlar.

Pambığa görə məhsul subsidiyası yalnız Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Biləsuvar, Goranboy, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Tərtər, Yevlax, Zərdab rayonlarına, habelə Cəlilabad rayonunun Günəşli və Təzəkənd kəndlərinə və Ucar rayonunun Xələc kəndlərinin əkin sahələrində becərilən pambığa görə veriləcək.

2026-cı təsərrüfat ilində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edilən məlumatlar və sənədlər əsasında hesablanan orta məhsuldarlığı 15 sent/ha və daha aşağı olan fermerlərə, habelə bir fermer üzrə orta məhsuldarlığın 60 sent/ha-dan yuxarı olan hissəsinə görə məhsul subsidiyası ödənilməyəcək.

Seçilən
1
17
vergiler.az

10Mənbələr