Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ölkəsinin bir çox dövlətlərlə mehriban və qarşılıqlı hörmətə əsaslanan münasibətləri mövcuddur.
Redaktor.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
“Bizim çoxlu sayda ölkələrlə yaxşı, mehriban qonşuluq münasibətlərimiz var. Çin Xalq Respublikası, Hindistan, eləcə də İndoneziya ilə münasibətlərimizi buna misal göstərə bilərəm”, – deyə dövlət başçısı vurğulayıb.
Putin bu fikirləri Vladivostokda keçirilən Şərq İqtisadi Forumu (ŞİF) çərçivəsində plenardakı çıxışı zamanı səsləndirib. Təxminən üç saat davam edən çıxışda Rusiya lideri Asiya-Sakit okean ölkələri ilə iqtisadi əməkdaşlıq, infrastrukturun modernləşdirilməsi, kapitalın cəlbi və regionun dünya iqtisadiyyatındakı rolunun artırılması məsələlərinə toxunub.
Nuriyyə NATİQQIZI