Rusiya Koreya Xalq Demokratik Respublikasında yeni körpülər tikməyi planlaşdırır.
Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
“Planlara yeni körpülərin, o cümlədən Tumannaya çayı üzərindən Koreya Xalq Demokratik Respublikasına keçidin tikintisi də daxildir ki, bu körpülər gələn il açılmalıdır”, - Putin deyib.