AZ

Avropa çempionatı: Bu gün Azərbaycanın daha iki cüdoçusu mübarizəyə qoşulacaq

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bratislava, 5 sentyabr, Cavid Əliyev, AZƏRTAC

Slovakiyanın paytaxtı Bratislava şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, ikinci yarış günündə Azərbaycan təmsilçilərindən Əbil Yusubov və Süleyman Şükürov mübarizə aparacaq.

Hər iki idmançı yarışa 1/16 finaldan qoşulacaq.

Ötən gün cüdoçularımızdan Nihad Məmişov (60 kiloqram) və Məhəmməd Musayev (57 kiloqram) qızıl medal qazanıblar.

Qeyd edək ki, Avropa çempionatına sentyabrın 7-də yekun vurulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
113
2
azertag.az

3Mənbələr