AZ

“Real”ın hücumçusu icarəyə getməkdən imtina etdi

Madrid “Real”ının gənc hücumçusu Endrik karyerasını La Liqanın başqa klubunda icarə əsasında davam etdirmək istəmir.

İdmanxeber.az xəbər verir ki, “Valensiya” 19 yaşlı futbolçunu heyətinə qatmaq istəyib. Lakin braziliyalı forvard bu təklifi rədd edib.

Endrik qərarını “Real”ın əsas heyətində yer uğrunda mübarizə aparmaq istəyi ilə əsaslandırıb. Hazırda o, ötən mövsümün sonunda aldığı zədədən bərpa olunur.

Gənc futbolçunun Madrid klubu ilə müqaviləsi 2030-cu ilə qədər nəzərdə tutulub.

 

Seçilən
20
idmanxeber.az

1Mənbələr