AZ

“BYD Motors Baku” MMC-nin  - 50 896 manat vergi borcu var.

Azərbaycanda Çin istehsalı olan BYD markalı minik avtomobillərinin satıcısı – “BYD Motors Baku” MMC-nin 50 896 manat vergi borcu var.

Yenisabah.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrində bildirilir.

2024-cü ildə yaradılmış bu şirkətə Anar Əli oğlu Məlikov rəhbərlik edir. O, həm də 2023-cü ildə təsis edilmiş “BYD Motors” MMC-nin direktorudur. Bu şirkətin vergi borcu yoxdur. Sezar pizza

Anar Məlikovun qardaşı Mahir Məlikov isə ötən il dövlət qeydiyyatına alınmış “BYD Motors Azerbaijan” MMC-nin rəhbəridir. Bu şirkətin də vergi borcu yoxdur.

Azərbaycanda BYD markalı maşınlar son illər populyarlaşıb. Onlar əsasən taksi fəaliyyəti ilə məşğul olanların hesabına kütləvi şəkildə satılır.


Telegram kanalımız
Seçilən
96
1
yenisabah.az

2Mənbələr