AZ

Yeni nəsil NKA-lar ilə aparılan dövriyyə 12 faizdən çox artdı

BAKI, 5 sentyabr. TELEQRAF

Builinyanvar-avqust aylarında yeni nəsil nəzarət kassa apratları - NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 17 milyard 637 milyonmanat təşkil edib.

Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 milyardmanat, yaxud 12,3 faiz çoxdur.

Qeyd edək ki, indiyədək ölkə ərazisində 108.255 ədəd yeni nəsil NKA quraşdırılıb.

Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

Seçilən
101
teleqraf.com

1Mənbələr