AZ

Hindistanda doğum evində faciə: iki körpəni siçan dişlədi, öldü FOTO

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hindistanın Madhya-Pradeş ştatında yerləşən "Maharaja Yashwantrao Hospital"da dəhşətli hadisə baş verib.

Bu barədə məlumatı Times of India yayıb.

Doğum evinin reanimasiya şöbəsində iki yeni doğulmuş körpə siçan hücumuna məruz qalıb.

Nəticədə körpələrdən biri barmaq, digəri isə baş və çiyin nahiyəsindən xəsarət alaraq dünyasını dəyişib.

Həkimlər körpələrin ölümünü pnevmoniya və septisemiya ilə əlaqələndirsələr də, valideynlər onların məhz siçan dişləməsi nəticəsində öldüyünü bildiriblər.

Hadisə Hindistanda etiraz doğurub. Məsələ ilə bağlı araşdırma başladılıb, xəstəxanada sanitar yoxlamalar aparılır.

Müxalifət lideri Rahul Qandi baş verənləri "insanlıqdan uzaq və dəhşətli" adlandıraraq dövlət xəstəxanalarının vəziyyətini sərt şəkildə tənqid edib.

İsmayıl

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
3
news.milli.az

4Mənbələr