AZ

Türkiyə Silahlı Qüvvələri yeni aviasiya və qarışdırma sistemləri ilə gücləndirilir

Türkiyənin Quru Qoşunları Komandanlığı açıqlanmayan sayda İLTER J-350 karıştırma sisteminin və “Bayraktar TB3” pilotsuz uçuş aparatının qəbul fəaliyyətini tamamlayaraq inventarına daxil edib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk, qurumun həftəlik fəaliyyəti ilə bağlı keçirilən brifinqdə bildirib.

Bundan əlavə, çoxməqsədli helikopter layihəsi çərçivəsində dördüncü T-70 helikopteri də müvafiq proseslərdən sonra Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya parkına qəbul olunub.

Seçilən
4
poliqon.az

1Mənbələr