AZ

Almaniya 24 ildir belə uğursuzluq yaşamamışdı - Antirekord

Almaniya millisi DÇ-2026-nın seçmə mərhələsinə uğursuz başlayıb.

Fanat.Az xəbər verir ki, almanlar ötən gün dünya çempionatının seçmə mərhələsinin açılış matçında səfərdə Slovakiyaya 0:2 hesabı ilə uduzublar.
 
"Opta"-nın məlumatına görə, beləliklə, Bundestim 2001-ci ildən davam edən qol seriyasına son qoyub. Başqa sözlə, almanlar son 24 ildə ilk dəfə dünya çempionatının seçmə mərhələsinin oyununu qol vurmadan tərk edib. Sonuncu dəfə belə hal 2001-ci ildə, Almaniya DÇ-2002-nin seçmə mərhələsində Finlandiyanı məğlub edə bilməyəndə (0:0) baş verib. 

Qeyd edək ki, Almaniya Julian Nagelsmannın rəhbərliyi altında yoldaşlıq görüşləri də daxil olmaqla, ardıcıl üçüncü məğlubiyyətini alıb.

Mirağa

Seçilən
1
1
fanat.az

2Mənbələr