Rusiya Federasiyasının nümayəndə heyəti 28 sentyabrdan 8 oktyabra qədər Azərbaycanda keçiriləcək III MDB Oyunlarında iştirak edəcək.
Operativ Media xəbər verir ki, bu barədə Rusiya Federasiyasının idman naziri Mixail Deqtyarev Şərq İqtisadi Forumunda keçirilən “İdman diplomatiyası: yeni çağırışlar və imkanlar” sessiyasında bildirib.
“Beynəlxalq formatlar ölkələrarası əməkdaşlıqda inkişaf edir. Nümayəndə heyətimiz MDB Oyunlarının keçiriləcəyi Azərbaycan, Bakı şəhərinə səfərə hazırlaşır. Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov məni də şəxsi qaydada dəvət edib, lakin səfərimlə bağlı qərarı ayrıca verəcəyəm”, – deyə o vurğulayıb.