AZ

Haker hücumlarına ən çox Dövlət İmtahan Mərkəzinin istifadəçiləri məruz qalıb

Bu ilin ilk 6 ayı ərzində 47 dövlət qurumunun 95 əməkdaşı kibergigiyena qaydalarına riayət etmədiyinə görə haker hücumlarının qurbanına çevriliblər. Onların da 16%-i admin səlahiyyətli əməkdaşlar olublar.
 
Moderator.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlər Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov Dövlət Qurumları İnformasiya Təhlükəsizliyi Rəhbərlərinin 6-cı Zirvə Toplantısında deyib.
 
O qeyd edib ki, Xidmətin araşdırması zamanı 6200-dən artıq istifadəçinin hakerlərin qurbanına çevrildiyi müəyyən olunub:
 
“Hücumlara ən çox Dövlət İmtahan Mərkəzinin istifadəçilərinin məruz qalıb - 2406 vətəndaş”.
 
Tural Məmmədov dövlət informadsya ehtiyatlarından məlumatların niyə sızdığı ilə bağlı da danışıb:
 
“2025-ci ilin ilk 6 ayı ərzində 34 dövlət informasiya sistemində fərdi məlumatların əldə edilməsinə və toplanmasına imkan verən 62 boşluq tapılıb. Bu və rəqəmsallaşmayla yeni yaranan və ya yenilənən informasiya sistemlərində mütəmadi dəyişikliklər fonunda yaranan boşluqlar məlumatların sızmasına gətirib çıxarır. Eyni zamanda, təhlükəsizlik boşluqlarının müəyyən olunmasından onun aradan qaldırılmasına qədər keçən zaman məlumatların sızmasına şərait yaradır”.
Seçilən
17
2
moderator.az

3Mənbələr