AZ

Almaniya 24 ildir belə uğursuzluq yaşamamışdı Antirekord

ain.az, Fanat saytına istinadən bildirir.

Almaniya millisi DÇ-2026-nın seçmə mərhələsinə uğursuz başlayıb.

Fanat.Az xəbər verir ki, almanlar ötən gün dünya çempionatının seçmə mərhələsinin açılış matçında səfərdə Slovakiyaya 0:2 hesabı ilə uduzublar."Opta"-nın məlumatına görə, beləliklə, Bundestim 2001-ci ildən davam edən qol seriyasına son qoyub. Başqa sözlə, almanlar son 24 ildə ilk dəfə dünya çempionatının seçmə mərhələsinin oyununu qol vurmadan tərk edib. Sonuncu dəfə belə hal 2001-ci ildə, Almaniya DÇ-2002-nin seçmə mərhələsində Finlandiyanı məğlub edə bilməyəndə (0:0) baş verib. 

Qeyd edək ki, Almaniya Julian Nagelsmannın rəhbərliyi altında yoldaşlıq görüşləri də daxil olmaqla, ardıcıl üçüncü məğlubiyyətini alıb.

Mirağa

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
fanat.az

2Mənbələr