AZ

Polis əməkdaşı DEPUTATI DÖYDÜ!

Yazını böyüt
Yazını kiçilt

Monqolustan siyasətini bir hadisə silkələdi. Paytaxt Ulan-Batorda yaşanan gərginlik zamanı polis əməkdaşlarının parlament üzvünə hücum etdiyi deyilir. Hadisə şahidlərinin sözlərinə görə, polislə deputat arasında mübahisə qısa zamanda davaya çevrilib.

Hafta.az-ın yazdığına görə, parlamentdə qızğın mövzuya çevrilən bu hadisə həm müxalifətdə, həm də iqtidarda güclü rezonans doğurub. Müxalifət buna sərt reaksiya verərək “Xalqın iradəsini təmsil edən millət vəkilinə edilən zorakılıq demokratiyamıza vurulan ən böyük zərbədir” ifadəsini işlədib.

Daxili İşlər Nazirliyi hadisənin araşdırıldığını və növbətçi polis əməkdaşlarının işdən kənarlaşdırıldığını açıqlayıb. Yerli media hücuma məruz qalan deputatın səhhətinin yaxşı olduğunu, lakin ehtiyat tədbiri olaraq müşahidə üçün xəstəxanada saxlandığını bildirib. Hadisə Monqolustanda polis səlahiyyətlərinin hədləri və siyasi toxunulmazlığın qorunması ilə bağlı müzakirələri yenidən qızışdırıb.

Seçilən
31
hafta.az

1Mənbələr