AZ

Messi vida matçında dubl edib

Bakı. Trend:

Argentinanın futbol üzrə milli komandası 2026-cı il dünyaçempionatının seçmə mərhələsində Venesuela komandası üzərindəqələbə qazanıb. Bu matçın Messinin futbol karyerasında yığmadaoynayacağı son oyun olduğu bildirilir.

Trend xəbər verirki, Buenos Ayresdə keçirilən görüş 3:0 hesabı ilə başa çatıb.

Hesabı Lautaro Martines açıb, daha sonra Lionel Messi dublunurəsmiləşdirib — bu, onun yığmanın heyətində vurduğu 113-cü və114-cü qollarıdır. Messi het-trik də edə bilərdi, lakin 89-cudəqiqədə vurduğu qol ofsayd səbəbindən hakim tərəfindən ləğvedilib

“Burada bu şəkildə sona çatdırmaq mənim hər zaman arzum olub, bumeydanda çox şeylər yaşamışam – həm yaxşı, həm də o qədər də yaxşıolmayan. Amma Argentinada, azarkeşlərimizin qarşısında oynamaqhəmişə mənə böyük şövq gətirib.”,-deyə Messi bildirib.

Əvvəllər 38 yaşlı Messi bu qarşılaşmanın onun vətəndə millikomanda ilə çıxış etdiyi son oyun ola biləcəyini söyləmişdi.Görüşdən əvvəl azarkeşlər tribunada “Hər şeyə görə təşəkkürlər,kapitan” yazılmış banner açdılar. Messinin oyunöncəsi meydanaçıxarkən oğlanları — Tyaqo, Mateo və Çiro da onunla birgə idi.Onlar ataları ilə birlikdə Argentina və Venesuela himnlərininsəsləndirilməsi zamanı meydanda olublar.

Qeyd edək ki, Messinin vida matçını seyr etmək üçün BuenosAyresın arenasına 85 minə yaxın azarkeş toplanıb.

Məqalədə:
Seçilən
7
az.trend.az

1Mənbələr