ain.az, Axsham.az saytına istinadən bildirir.
İsveçin ABBA pop-qrupu hökumətin yenilənmiş mədəni irs siyahısına daxil edilməyib.
Axşam.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Siyahıya ölkənin mədəniyyətinə təsir göstərmiş şəxsiyyətlər və sənət əsərləri, müxtəlif qurumlar və məhsullar daxildir: İnqmar Berqmanın 1957-ci ildə çəkdiyi “Yeddinci möhür” filmi, uşaq kitabları seriyasının qəhrəmanı Uzuncorab Pippi, Nobel mükafatı və s.
Lakin ABBA siyahıya daxil edilməyib. Belə ki, siyahıdakı bütün obyektlərin yaşı 50-dən az olmalıdır.
Siyahı İsveçin sağçı mühafizəkar hökumət koalisiyasının seçki proqramının bir hissəsi idi. Nobel mükafatını verən İsveç Akademiyası bu siyahını tənqid edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.