AZ

Vətəndaşlar Baş prokurorun qəbuluna buraxılmadı VİDEO

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu gün Baş prokuror Kamran Əliyevin Yasamal rayonunda keçirdiyi vətəndaş qəbulu zamanı narazılıq yaranıb.

“AzPolitika” xəbər verir ki, Baş prokurorla görüşmək istəyən bəzi sakinlər qəbula buraxılmayıb.

Qeyd edək ki, qəbul saat 10:00-dan başlayaraq Yasamal Rayon Prokurorluğunun inzibati binasında həyata keçirilir. Qəbula buraxılmayan narazı vətəndaşlar ərazidən uzaqlaşdırılıb.

Prokurorluğun yaydığı məlumatda qeyd olunurdu ki, vətəndaş qəbulu rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan Yasamal rayon sakinlərinə şamil olunacaq.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
96
azpolitika.info

1Mənbələr