AZ

İtirmə qorxusu: insan həyatında gizli maneə

İnsanların çoxu qazanmaq istəyindən daha çox itirmək qorxusu yaşayır. Bu səbəbdən əllərində olanı qorumağa çalışır, risk almaqdan çəkinirlər.


Pravda.az bildirir ki, qorxu, bəzi hallarda lazımsız riskləri önləsə də, insanın xoşbəxt olmadığı vəziyyətdən çıxmasını çətinləşdirə bilər.


Beyin qeyri-müəyyənliyi azaltmaq istəyir və bəzən mövcud vəziyyətin mənfi tərəflərini görə bilmir.


İnsanlar “Kimin evliliyi xoşbəxtdir ki” kimi bəhanələrlə dəyişiklikdən yayınır, riskləri həddindən artıq böyüdürlər.


Əslində isə real hesablamalara əsaslanan düzgün risklər qəbul edilməli, münasibətlərdə məqbul istəklər ifadə olunmalıdır. Əks halda, itirmək qorxusu insanın özünü, xəyallarını və gələcəyini itirməsinə gətirib çıxara bilər.


Əminə Bayramova 

Tarix: 5 Sentyabr 2025, 12:09   
Seçilən
14
pravda.az

1Mənbələr