AZ

Ukrayna hərbçilərinə kriptovalyuta köçürən rusiyalı ifşa edilib

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) və Rusiya Milli Qvardiyasının əməkdaşları Voronejdə Ukrayna hərbçilərinə kriptovalyuta köçürən rusiyalını saxlayıblar.

Herbiand.az bildirir ki, bu barədə TASS agentliyi Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinə istinadən xəbər verir.

O, həbs edilib və barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci (“Dövlətə xəyanət”) maddəsi ilə cinayət işi açılıb.

Məlumata görə, həbs edilən şəxs Telegram messencerində xarici kəşfiyyat xidmətlərinin nümayəndələri ilə əlaqə saxlayıb və onlara kriptovalyuta ilə pul köçürüb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
36
herbiand.az

1Mənbələr