AZ

İçərişəhərdə yeni xidmət mərkəzi fəaliyyətə başladı

Bakı. Trend:

İçərişəhər sakinlərinin rahatlığını təmin etmək məqsədilə, BöyükQala küçəsi 41 ünvanında yeni Xidmət Mərkəzi fəaliyyətəbaşlayıb.

Trendxəbər verir ki, Mərkəz İçərişəhər sakinlərinə bir pəncərə prinsipiəsasında müxtəlif dövlət xidmətləri təqdim edir.

Burada sənəd qəbulundan tutmuş, müxtəlif sənədlərinrəsmiləşdirilməsi, sosial və hüquqi xidmətlərə qədər geniş birxidmət çeşidi təqdim edilir.

Yeni yaradılan bu mərkəzin əsas məqsədi sakinlərin zamanınaqənaət edərək operativ və effektiv xidmətlərin göstərilməsini təminetməkdir. Mərkəz, həmçinin, şəffaflığın artırılması və vətəndaşməmnunluğunun yüksəldilməsi istiqamətində mühüm addımlar atılmasınaşərait yaradır.

Xidmət Mərkəzi həftə içi hər gün, saat 09:00-dan 18:00-a qədərfəaliyyət göstərir.

Əlaqə üçün telefon 492-11-75

Seçilən
18
4
az.trend.az

10Mənbələr