AZ

Niderlandın konsulluq heyəti sentyabrın 25-də Bakıya gələcək

Yazını böyüt
Yazını kiçilt

Niderland Krallığının Tbilisidəki səfirliyinin konsulluq şöbəsinin komandası sentyabrın 25-də Bakıya səfər edəcək.

Hafta.az-ın yazdığına görə, həmin gün Niderland pasportu və ya şəxsiyyət vəsiqəsi almaq üçün əla fürsət yaranacaq.

Niderlandın ölkəmizdəki səfirliyi bildirir ki, sənəd almaq istəyənlər görüş təyin etmək üçün [email protected] vasitəsilə indidən Tbilisidəki konsulluğa e-poçt göndərməlidirlər.

“E-poçtunuzda Bakıdakı müraciət sessiyası üçün görüş təyin etmək istədiyinizi qeyd edin. Həmçinin neçə nəfərlə görüş təyin etmək istədiyinizi bildirin. Daha sonra görüşün vaxtı və dəqiq yeri haqqında ətraflı məlumat barədə e-poçt alacaqsınız”, - səfirliyin facebook-da yerləşdirdiyi məlumatda deyilir.

Seçilən
114
hafta.az

1Mənbələr