1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ-nin Avropadakı komandanlığı tərəfindən təşkil edilən "Dəmir yumruq" hərbi təlimləri Litva, Latviya, Estoniya və Polşa ərazilərini əhatə edəcək.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Litva ordusu komandanlığından məlumat verilib.
"Təlimlərin əsas məqsədi ABŞ bölmələrinin daimi dislokasiya yerlərindən operativ şəkildə yenidən yerləşdirilməsi və NATO-nun şərq cinahında döyüş əməliyyatlarına hazırlaşlıqdır", - deyə məlumatda bildirilib.
Litvada "Dəmir yumruq" təlimləri Baltikyanı respublika ordusunun 17 min hərbçinin iştirak etdiyi "Perkunas ildırımı" milli təlimləri ilə inteqrasiya edilir. Təlim zamanı Polşadan Litvaya gedən yollar boyunca hərbi texnikanın hərəkəti nəzərdə tutulub.
Təlimlər müddətində 20-yə yaxın "AH-64 Apache" və "UH-60 Black Hawk" ABŞ hərbi helikopteri Litvaya yerləşdiriləcək.